İsmayıllı şəhərində 3 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı tədbir görülüb.
Shimal.News xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət daxil olub.
Məlumatla əlaqədar müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si uşaq olmaqla 3 nəfərə müvafiq köməklik göstərilib.