top
İki ölümün yaşandığı Şəki Yaylası: müştərilər nədən narazıdır?
09 sentyabr 2026, 17:54
- ↺ +

İki ölümün yaşandığı "Şəki Yaylası": müştərilər nədən narazıdır?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində iki nəfərin - 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramovun ölümü ilə nəticələnən hadisədən sonra istirahət mərkəzinin fəaliyyəti və təhlükəsizlik məsələləri də gündəmə gəlib.

Shimal.News olaraq "Şəki Yaylası" ilə bağlı açıq mənbələrdə, o cümlədən sosial şəbəkələrdə və istifadəçi rəylərində yayılan məlumatları nəzərdən keçirdik.

Araşdırma zamanı istirahət mərkəzi ilə bağlı genişmiqyaslı qalmaqal və ya məhkəməyə daşınmış kütləvi insident barədə məlumata rast gəlinməyib. Bununla yanaşı, ayrı-ayrı istifadəçi rəylərində xidmət və infrastrukturla bağlı narazılıqlar ifadə olunub.

Ən çox diqqət çəkən məqamlardan biri xidmətin ləng olmasıdır. Bəzi ziyarətçilər xüsusilə həftəsonları və sıx mövsümdə restoran və kotteclərdə xidmətin gecikməsindən, sifarişlərin vaxtında təqdim edilməməsindən narazılıq ediblər.

Rəylərdə qiymətlərlə bağlı narazılıqlara da rast gəlinir. Bəzi istifadəçilər mövsümi sıxlıq zamanı menyu və əyləncə xidmətlərinin qiymətlərinin gözlənilməz şəkildə dəyişdiyini bildiriblər.

Digər şikayətlər isə kotteclərin və infrastrukturun vəziyyəti ilə bağlıdır. Ayrı-ayrı rəylərdə sanitar qovşaqlar, isti su, təmizlik və ümumi baxımla bağlı problemlərin olduğu qeyd edilib.

Bəzi ziyarətçilər ərazidə təhlükəsizlik və texniki nəzarətlə bağlı da iradlarını bildiriblər. Xüsusilə əyləncə attraksionları və uşaq oyun zonalarında təhlükəsizlik qaydalarına nəzarətin yetərli olmadığını düşünən istifadəçilərin rəyləri mövcuddur.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər