top
Güclü yağış Şimalda əkin sahələrinə ziyan vurub
01 aprel 2026, 17:09
- ↺ +

Güclü yağış Şimalda əkin sahələrinə ziyan vurub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ölkə ərazisində son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti, güclü yağışlar və normadan artıq yağıntılar digər sahələrə olduğu kimi, kənd təsərrüfatına da ciddi təsir edib.

Aqrar Sığorta Fondundan verilən məlumata görə, güclü yağış, onun nəticəsində yaranan çay daşqınları və yaranan sel səbəbindən bəzi ərazilərdə əkin sahələrini su basıb təsərrüfatlara ziyan dəyib. Bununla əlaqədar olaraq təsərrüfatı zərər çəkən sığortalı fermerlərin Fonda müraciətləri kəskin artıb. Müraciətlərə əsasən subasma halları tarla bitkiləri ilə yanaşı, meyvə bağlarında da baş verib. 

Son məlumatlara görə, güclü yağış nəticəsində ən çox zərər hadisələri Xaçmaz və Şabran rayonlarında baş verib. Belə ki, Xaçmaz rayonunda güclü yağışlar nəticəsində Ağçay çayının və digər kiçik çayların daşması səbəbindən rayonun İstisu qəsəbəsi, Əhmədoba, Hacıəhmədoba, Qaracəlli kəndləri, Keymərəz kəndi, Niyazoba kəndi, Qaraqurdlu, Çığatay kəndi, Hacılar və Qarqan kəndlərində sığortalı payızlıq arpa, buğda sahələrini, badam, armud və heyva bağlarını su basıb. Bəzi əkin sahələri lillə örtülüb, fermerlərin müraciətinə əsasən bəzi əkin sahələrində suyun hündürlüyü 60 santimetrə çatır.

Şabranda isə güclü yağışlar nəticəsində Dəvəçi və Şabran çaylarının daşması, eləcə də bəzi kanalların dolub daşması səbəbindən rayonun Liman, Udulu Ağalıq və Gəndov kəndlərində sığortalanmış payızlıq arpa sahələrini, eləcə də gilas bağını su basıb.

Qusarın Buxur kəndindən gələn çayın daşması nəticəsində Çubuqlu kəndində arpa sahəsini, Yasab çayının daşması nəticəsində isə Yasab kəndində sığortalanmış buğda sahəsini su basıb.

Güclü yağışlar nəticəsində Quba rayonunda Quru çay daşaraq Aşağı Xuc kəndində alma bağını, Siyəzən rayonunun Balaca Həmyə və Qalaşıxı kəndində isə intensiv və güclü yağışlar nəticəsində payızlıq arpa sahələrini su basıb.

Aqrar Sığorta Fonduna daxil olan müraciətlərə əsasən, Dağlıq Şirvan regionunda əsas müraciətlər Ağsu rayonundan qeydə alınıb. Belə ki, rayonun Rəhimağalı və Muradlı kəndlərində dağdan gələn sel suları nəticəsində sığortalı badam bağlarını və buğda sahələrini su basıb.

Şamaxı rayonunda Ağsu çayının daşması nəticəsində Çuxuryurd kəndində, Qobustan rayonunun isə Dərəkənd kəndində normadan artıq yağan yağış nəticəsində arpa sahələrində subasma baş verib.

Ümumilikdə son günlər güclü yağışla bağlı 2100 hektara yaxın əkin sahələrinə zərər dəyməsi barədə müraciətlər qeydə alınıb. 

Aprelin 2-dən etibarən bölgələrdə subasma baş vermiş əkin sahələrində müstəqil ekspertlər tərəfindən zərərin qiymətləndirilməsi prosesinə başlanılacaq.

Aqrar Sığorta Fondu hadisə baş vermiş ərazilərdə zərərin vaxtında qiymətləndirilməsi üçün sığortalı fermerləri öz əkin sahələrini baş çəkməyə, hər hansı hadisə müşahidə etdikdə, bu barədə Fondun 1651 Çağrı Mərkəzinə müraciət etməyə çağırır.

Əkin sahələrini sığorta edərkən sığorta haqqının 50 faizini dövlət ödəyir, nəticədə fermerləər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilirlər.

Məsələn, hazırda subasma halları ilə bağlı ən çox müraciətlərin daxil olduğu Quba-Xaçmaz bölgəsində 1000 manatlıq məhsul olan 1 hektar buğda sahəsinin sığortalanması fermerə cəmi 6,65 manata, arpa sahəsinin sığortası isə cəmi 8,05 manata başa gəlir.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
31 oktyabr 2026, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
31 oktyabr 2026, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
31 oktyabr 2026, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
31 oktyabr 2026, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
31 oktyabr 2026, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
31 oktyabr 2026, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
31 oktyabr 2026, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
31 oktyabr 2026, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
31 oktyabr 2026, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
31 oktyabr 2026, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
31 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Oxşar xəbərlər