top
FHN-dən Şəkidəki kanat faciəsi ilə bağlı açıqlama: Nəzarət bizim səlahiyyətimizdə deyil
09 sentyabr 2026, 15:37
- ↺ +

FHN-dən Şəkidəki kanat faciəsi ilə bağlı açıqlama: "Nəzarət bizim səlahiyyətimizdə deyil"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəkidə iki nəfərin ölümü ilə nəticələnən kanat faciəsindən sonra əyləncə qurğularının texniki təhlükəsizliyinə kimin nəzarət etdiyi məsələsi gündəmə gəlib.

Shimal.News xəbər verir ki, Baş Kəldək kəndində yerləşən Şəki Yaylası istirahət mərkəzində kanatın trosunun qırılması nəticəsində iki nəfər həyatını itirib. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə müraciət edilərək qurğunun texniki təhlükəsizlik tələblərinə uyğunluğu, qeydiyyatdan keçirilib-keçirilməməsi, texniki baxışdan keçib-keçməməsi və trosun qırılmasının səbəbləri barədə suallar ünvanlanıb.

FHN-dən sorğuya cavab olaraq bildirilib ki, bu kimi əyləncə qurğularına nəzarət Nazirliyin səlahiyyətlərinə daxil deyil.

Bu açıqlama faciədən sonra mühüm sual doğurur: əgər kanat və digər oxşar əyləncə qurğularının texniki təhlükəsizliyinə FHN nəzarət etmirsə, onların istismara yararlılığına və təhlükəsizliyinə hansı qurum cavabdehdir?

Məsələ xüsusilə ona görə diqqət çəkir ki, təhlükəsizlik mütəxəssisləri belə qurğuların mütəmadi texniki yoxlanılmasının vacibliyini vurğulayırlar.

Qeyd edək ki, FHN-in normativ sənədlərində kanatların və müxtəlif kanat sistemlərinin texniki təhlükəsizliyi ilə bağlı konkret tələblər mövcuddur. Həmin qaydalarda kanatların texniki baxışdan keçirilməsi, zədələnmiş və həddindən artıq yeyilmiş kanatlardan istifadəyə yol verilməməsi, eləcə də onların istehsalçı sənədlərinə uyğun istismar olunması kimi tələblər əksini tapıb.

Lakin bu normaların istirahət mərkəzlərində sərnişinlərin istifadə etdiyi kanat qurğularına hansı formada şamil edildiyi və həmin qurğuların konkret olaraq hansı dövlət qurumu tərəfindən yoxlanıldığı məsələsi açıq qalır.

İki gəncin həyatını itirdiyi faciənin araşdırılması fonunda bu suala aydınlıq gətirilməsi həm "Şəki Yaylası", həm də ölkənin digər turizm və istirahət obyektlərində fəaliyyət göstərən əyləncə qurğuları baxımından mühüm əhəmiyyət daşıyır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər