top
Ər telefona görə onu bıçaqlayan arvadını bağışladı
21 yanvar 2026, 18:00
- +

Ər telefona görə onu bıçaqlayan arvadını bağışladı

İsmayıllı rayonunda 35 yaşlı qadın ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə 2024-cü il oktyabrın 27-də İsmayıllı şəhərində baş verib. 1991-ci il təvəllüdlü Təhminə (adlar şərtidir) səhər saat 8 radələrində yaşadıqları evdə əri Elməddinlə mübahisə edib. Mübahisə zamanı Elməddin qadına yumruq və təpiklə zərbələr endirib. Otaqdan çıxmaq istəyən zaman isə Təhminə stolun üzərində olan bıçağı götürərək ərini kürəyindən bir dəfə vurub.

Faktla bağlı Təhminənin barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa zərər vurma) ilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən Təhminə bildirib ki, Elməddinlə 2015-ci ildə ailə qurublar, iki azyaşlı övladları var. Onun sözlərinə görə, ailə münasibətləri uzun müddət normal olmayıb, tez-tez münaqişələr baş verib. Hadisədən bir gün əvvəl əri içkili vəziyyətdə evə gəlib, ertəsi gün isə mobil telefon üstündə mübahisə yaranıb və fiziki zorakılıq tətbiq edilib.

Təhminə əməlindən peşman olduğunu, bıçağı yuyaraq həyətdə gizlətdiyini, daha sonra isə polisə təqdim etdiyini bildirib.

Cinayət işinə İsmayıllı Rayon Məhkəməsində baxılıb. Məlum olub ki, tərəflər barışıq əldə edib və zərərçəkmiş şikayətçi olmayıb.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təhminə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
Dünən, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
Dünən, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
Dünən, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
Dünən, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
Dünən, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
Dünən, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
Dünən, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
Dünən, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
Dünən, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Cəmiyyət
13 sentyabr 2026, 10:19

Qaxın dağlar qoynunda gizlənən qədim kəndi – Sarıbaş

İdman
12 sentyabr 2026, 18:02

Xaçmazda kənd stadionu yenilənərək istifadəyə verildi

Cəmiyyət
12 sentyabr 2026, 17:20

Qubada II LCOY Azərbaycan 2026: Milli Gənclər Bəyanatı hazırlanır

Cəmiyyət
12 sentyabr 2026, 16:10

Qubada işıqfor sonrası tıxac: Sürücülər problemin həllini belə görür

Cəmiyyət
12 sentyabr 2026, 15:52

Xudatda yeni istiqamət lövhələri quraşdırılır

Cəmiyyət
12 sentyabr 2026, 15:35

Qubadan olan Milix Yevdayevə yüksək dövlət ordeni təqdim edildi

Cəmiyyət
12 sentyabr 2026, 14:44

Zaqatala xəstəxanasında yanğın təlimi keçirildi

İqtisadiyyat
12 sentyabr 2026, 13:54

Zaqataladakı heyvan bazarlarının fəaliyyətinə icazə verildi

İdman
12 sentyabr 2026, 12:53

"Qəbələ" Gəncədə, "Şamaxı" Sumqayıtda – Premyer Liqada 5-ci tur

Cəmiyyət
12 sentyabr 2026, 11:52

Qubada dağ yəhudiləri 5787-ci ili qarşılayırlar – Roş ha-Şana qeyd olunur

İdman
12 sentyabr 2026, 11:12

"Zaqatala"dan qonaqlara 3 cavabsız qol – VİDEO

Cəmiyyət
12 sentyabr 2026, 10:24

İsmayıllıdan olan şəhid leytenant Elnur Səmədovun döyüş yolu

Cəmiyyət
12 sentyabr 2026, 09:18

Qusarda dövlət bayraqlarına 12 min manatdan çox pul xərclənəcək

Oxşar xəbərlər