Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Bu barədə Shimal.News-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 29 yaşlı Elmar Gəncəliyev saxlanılıb.
Ondan rayon ərazisindəki qarğıdalı sahəsində əkdiyi 169 ədəd çətənə kolu və 21 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.
Faktla bağlı cinayət işi başlanılıb, E.Gəncəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.