Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, Balakən sakini Etibar Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı radar dirəyinə çırpılıb.
Qəza zamanı sürücü və avtomobildə olan həyat yoldaşı L. Məmmədova xəsarət alıblar.
Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Apa.az