Bakı-Şamaxı yolunda xəsarətlə nəticələnən qəza baş verib.
Shimal.News xəbər verir ki, hadisə dünən qeydə alınıb. "Toyota" markalı avtomobil aşıb.
İlkin məlumata görə, avtomobilin sürücüsü jurnalist Əflatun Amaşov xəsarət almayıb. Lakin sərnişinə tibbi yardım tələb olunub.