Bakı-Quba avtomobil yolunda hərəkət edən yük maşını arakəsməyə çırpılıb.
Report.az-ın məlumatına görə, hadisə magistralın Xızı rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, yük avtomobili idarəetmədən çıxaraq yolun beton arakəsmələrinə çırpılıb.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.