top
Altıağac Cənnət Bağında heyvanlar baxımsız vəziyyətdədir
Video
02 iyun 2026, 13:48
- +

"Altıağac Cənnət Bağı"nda heyvanlar baxımsız vəziyyətdədir

Xızı meşələrinin yaxınlığında yerləşən "Altıağac Cənnət Bağı"nda "zoopark" adı altında müxtəlif vəhşi heyvanlar saxlanılır. Lakin sosial şəbəkələrdə heyvanların saxlanma şəraitinin qənaətbəxş olmadığı ilə bağlı görüntülər yayılıb. Hətta heyvansevərlər bununla bağlı imzatoplama kampaniyası başladıb.

Bakıvaxtı.az-ın məlumatına görə, şikayətçilər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə onlayn müraciətlərinin cavabsız qaldığını vurğulayırlar.

Onların sözlərinə görə, ərazidə ayılar, meymunlar, marallar, ördəklər, qu quşları və digər heyvanlar var.

"Maralların saxlanıldığı sahə nisbətən geniş görünsə də, xüsusilə ayılar və meymunların yerləşdirildiyi qəfəslər ciddi narahatlıq doğurur. Bu heyvanların təbii davranışlarını həyata keçirə bilməsi, hərəkət etməsi və normal həyat funksiyalarını qoruması üçün tələb olunan şəraitin təmin olunmadığı müşahidə edilir.

Ayıların dar qəfəslərdə nəzərəçarpacaq dərəcədə arıq görünməsi, passiv və stresli davranışlar sərgiləməsi diqqət çəkir. Meymunların isə son dərəcə məhdud sahədə saxlanılması onların sosial və fiziki ehtiyaclarının qarşılanmadığını göstərir.

Ümumilikdə həmin "zoopark" ərazisi müxtəlif növdən olan heyvanların sağlam və təhlükəsiz şəkildə saxlanılması üçün yetərli görünmür. Odur ki, zoopark lisenziyasının varlığı şübhə doğurur. Varsa da minimal şərtlər və mühitə sahib bu məkana verilən lisenziyanın qanuniliyini, zoopark standartlarına nə dərəcədə sahib olmasını ciddi araşdırma hədəfi edir. Vəhşi heyvanların və quşların fərqli bioloji ehtiyacları, hərəkət arealları və davranış xüsusiyyətləri var. Bu canlıların məhdud və uyğun olmayan sahələrdə nümayiş məqsədilə saxlanılması heyvan rifahı prinsipləri ilə uyğun gəlmir", - şikayətdə bildirilir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilən sorğuya cavabda araşdırma aparıldığı qeyd edilib.

 

Son xəbərlər

İdman
Bu gün, 18:10

"Qəbələ" yeni baş məşqçi axtarışında

Hadisə
Bu gün, 17:58

Şəkidə xanım sürücü avtomobili aşırdı – Xəsarət alan var

Cəmiyyət
Bu gün, 17:40

Xudat məktəbi yeni dərs ilinə yenilənmiş şəkildə başlayır - FOTO

Hadisə
Bu gün, 17:13

Quba-Xınalıq bir hissəsi bağlandı

Cəmiyyət
Bu gün, 16:25

Zaqatalada əsaslı təmir edilmiş gimnaziyanın açılışı olub

Cəmiyyət
Bu gün, 15:20

Balakən xəstəxanasının direktoru vəzifəsindən azad edilib

Cəmiyyət
Bu gün, 15:05

Qubanın dağlarında nadir quşlar - Ağbaş kərkəslər

Cəmiyyət
Bu gün, 13:44

Qubalı şəhidimizin qızı 1-ci sinfə başladı: atasının məzarını ziyarət etdi

İdman
Bu gün, 12:52

İsmayıllıda ölkə çempionatı başa çatdı – velosipedçilər mükafatlandırıldı

Cəmiyyət
Bu gün, 11:37

Bir canlının zingiltisi, bir insanın vicdanı – Qubada təsirli hadisə - VİDEO

Hadisə
Bu gün, 10:59

"Çevik"lə birgə saxlanılan Kamran Bilalovun həbs səbəbi bəlli oldu

Cəmiyyət
Bu gün, 10:00

Anar Əliyev Qusarda vətəndaşları qəbul edəcək

Cəmiyyət
Bu gün, 07:00

Şimalda Bilik Günü: Məktəbdən başlayan yol dağ kəndlərindən gələcəyə uzanır

Cəmiyyət
Dünən, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
Dünən, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
Dünən, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
Dünən, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
Dünən, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
Dünən, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
Dünən, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
Dünən, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
Dünən, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
Dünən, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Oxşar xəbərlər