Ağsu rayonunun Padar kəndində partlayış baş verib.
Unikal.az-ın məlumatına görə, kənd sakini, 1938-ci il təvəllüdlü Nənəxanım İsmayıl qızı Qurbanova yaşadığı evdə qaz sobasını yandırarkən partlayış baş verib.
Nəticədə xəsarət alan 88 yaşlı qadın Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.