Ağsuda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Apa.az-ın məlumatına görə, qəza rayonun Dilman kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq Ağsu çayı üzərindəki qoruyucu daş-beton bəndə çırpılıb.
Daha sonra nəqliyyat vasitəsi aralıda yerləşən çay yatağına düşüb. Hadisə zamanı avtomobildə olan 4 nəfərdən 2-si hadisə yerində ölüb.
Digər iki sərnişin ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.