top
3 aydır maaş almırıq, borcla yaşayırıq: Qubadakı şirkətə qarşı yeni iddialar
Video
13 iyun 2026, 18:00
- ↺ +

"3 aydır maaş almırıq, borcla yaşayırıq": Qubadakı şirkətə qarşı yeni iddialar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonunun Elbir (Vladimirovka) kəndində fəaliyyət göstərən "Ran Fruit" şirkəti ilə bağlı növbəti dəfə əməkhaqqı şikayətləri səsləndirilib.

Shimal.News-a müraciət edən müəssisə əməkdaşlarının sözlərinə görə, 250-dən çox işçi artıq üç aydır ki, əməkhaqqını ala bilmir. İddia olunur ki, maaşlarının ödənilməsini tələb edən bəzi işçilər hədələrlə üzləşir, bəziləri isə işdən uzaqlaşdırılır.

Şikayətçilər bildirirlər ki, əməkhaqlarının aylardır ödənilməməsi onların sosial vəziyyətinə ciddi təsir göstərib.

"İşləyirik, amma maaşımızı ala bilmirik. Kreditlərimizi ödəyə bilmədiyimiz üçün adımıza gecikmələr düşür, əlavə faizlər hesablanır. Ailəmizi dolandırmaq üçün borc almağa məcbur oluruq. Öz haqqımız olan əməkhaqqını tələb etdikdə isə müxtəlif təhdidlərlə qarşılaşırıq", – deyə müraciətdə bildirilir.

Əməkdaşların iddialarına görə, müəssisədə işçilərin faktiki aldıqları əməkhaqqı ilə rəsmi sənədlərdə göstərilən məbləğ arasında da fərq var. Məsələn, işçi 700 manat əməkhaqqı alsa da, bunun təxminən yarısı əməkhaqqı kartına köçürülür və rəsmi sənədlərdə də həmin məbləğ göstərilir. Onlar bu və digər məsələlərin araşdırılması üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etdiklərini və izahat vermək məqsədilə quruma dəvət olunduqlarını da bildiriblər.

İşçilərin sözlərinə görə, müəssisədə uzun illər çalışan əməkdaşlar da var və onlar illərlə çalışdıqları şirkətdə əməklərinin qarşılığını vaxtında ala bilməməkdən narahat olduqlarını deyirlər. Şikayətçilər problemin qısa müddətdə həllini və əməkhaqlarının ödənilməsini tələb edirlər.

Məsələ ilə bağlı "Ran Fruit" şirkətinin rəhbəri Xaliq Abbasovla əlaqə saxladıq. O, əməkhaqlarının ödənilməməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirərək yalnız "Yalandır" deməklə kifayətləndi.

Qeyd edək ki, Shimal.News bu ilin yanvar ayında da həmin müəssisədə əməkhaqlarının gecikdirilməsi ilə bağlı işçilərin şikayətlərini işıqlandırıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
31 oktyabr 2026, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
31 oktyabr 2026, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
31 oktyabr 2026, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
31 oktyabr 2026, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
31 oktyabr 2026, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
31 oktyabr 2026, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
31 oktyabr 2026, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
31 oktyabr 2026, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
31 oktyabr 2026, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
31 oktyabr 2026, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
31 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Oxşar xəbərlər