Şabran Rayon İcra Hakimiyyətində (RIH) bir neçə vəzifəyə yeni təyinatlar həyata keçirilib.
İcra başçısı Asif Hüseynovun müvafiq əmrləri ilə Paşa Xəlilov Yaşıllıq və Təmizlik İdarəsinin müdiri vəzifəsinə təyin edilib. O, bundan əvvəl RİH başçısı aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin İnzibati işlər sektorunda aparıcı məsləhətçi vəzifəsində çalışıb.
Paşa Xəlilovun əvvəlki vəzifəsinə Nəsirov Hikmət Hicran oğlu təyin olunub.
Digər əmrlərlə Elsevər Musayev Ağalıq, Hacı Kərimov Şahnəzərli, Vahabov Emil Ənvər oğlu isə Çölquşçu İnzibati Ərazi Dairəsi üzrə nümayəndə vəzifələrinə gətiriliblər.
Qeyd edək ki, Hacı Kərimov bundan əvvəl Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin məsləhətçi-mühəndisi vəzifəsində çalışıb.
Mənbə: 7time.az