Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi, 56 ünvanında fəaliyyət göstərən, "Xətai" Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçiriblər.
Bu barədə Shimal.News-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.