Xaçmazdan Nabran istiqamətində hərəkət edən sürücülər artıq düz getməməlidirlər. Bu haqda ShimalNews 27 noyabr tarixində xəbər verir.
İllərdir avtomobillər bayraq olan dairədən düzünə keçirdilər. İndi isə yeni yol nişanı onlardan dairəyə daxil olmalarını tələb edir.
Sürücülər bildirirlər ki, ilk növbədə hər kəs diqqətli olmalıdır ki, buradan vərdiş etdikləri kimi, düz keçməsinlər. Üstəlik, bu, “Dairəvi hərəkətlə kəsişmə” nişanının faydalı olduğuna şübhə yaradır.
Əks-istiqamətlə (Nabran yolu) gələndə isə “Dairəvi hərəkət” nişanı qoyulub ki, bu da üstünlüyün artıq dairədə olanlar üçün olduğunu bəyan edir.

[video width="1080" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/11/ShimalNews-1x1_13.mp4"][/video]