Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 18 iyul tarixində Report-a istinadən məlumat verir.
Hadisə Xudat-Nabran avtomobil yolunun İstisu qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
59 yaşlı rayon sakini Həmdulla Səlimovun sükan arxasında olduğu “Seat İbiza” markalı avtomobili idarəetmədən çıxıb. Nəqliyyat vasitəsinin yolun kənarına aşması nəticəsində H.Səlimov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.