top
Xəzərin sahilində əfsanəyə çevrilən dağ
18 iyun 2026, 15:55
- ↺ +

Xəzərin sahilində əfsanəyə çevrilən dağ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Siyəzən rayonu ərazisində, Xəzərin sahilinə doğru ucalan əzəmətli bir dağ var - əsrlərin sirrini sinəsində qoruyan Beşbarmaq. Bura təkcə qayalı zirvə deyil, həm də qədim tarixlə təbiətin bir-birinə qovuşduğu müqəddəs yaddaş məkanıdır. Min illərin izini daşıyan bu ərazi həm nadir təbiət abidəsi, həm də zəngin mədəni irs nümunəsi kimi diqqət çəkir.

Azərbaycanın nadir təbiət abidələrindən sayılan Beşbarmaq dağının ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra mühüm tarixi və mədəniyyət abidələri yerləşir. Burada Son Tunc və İlk Dəmir dövrlərinə aid yaşayış yerləri, qədim inanc ocaqlarından olan Xızırzində piri, İlk Orta əsrlərə aid qala qalıqları, XV-XVII əsrlərə aid karvansara izləri bu torpağın qədim sivilizasiyaların keçid nöqtəsi olduğunu sübut edir. Tarixi əhəmiyyətinə görə İlk Orta əsrlərə aid Beşbarmaq paralel müdafiə səddi "Xəzər sahil mühafizə konstruksiyaları" tərkibində 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin Siyahısına daxil edilib.

2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılan "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ölkənin mühüm irs məkanlarından birinə çevrilib.

Bakı-Siyəzən avtomobil yolunun 95-ci kilometrliyində yerləşən Beşbarmaq dağı yalnız dini-mənəvi ziyarətgah deyil. Bu məkan təkrarolunmaz təbii landşaftı, sıldırım qayaları və sonsuz üfüqlərə açılan mənzərəsi ilə Azərbaycanın ən ecazkar təbiət abidələrindən biri hesab olunur. Xəzərdən qalxan küləklə qayaların səssizliyi burada qəribə bir harmoniya yaradır. Elə buna görə də Beşbarmaq əsrlər boyu həm səyyahların, həm də zəvvarların yolunu saldığı müqəddəs ünvan kimi tanınıb.

Qoruq ərazisinin elmi baxımdan öyrənilməsi istiqamətində də mühüm işlər görülür. Dövlət Turizm Agentliyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış müqaviləyə əsasən, ərazidə ilkin arxeoloji kəşfiyyat və elmi tədqiqatlara başlanılıb. Sevinc Hüseynovanın rəhbərlik etdiyi "Beşbarmaq" arxeoloji ekspedisiyası tərəfindən aparılan araşdırmalar zamanı tarixi Beşbarmaq qalasının izləri, qədim qəbiristanlıq, Orta əsr karvansarası və Sasani dövrünə aid müdafiə səddinin qalıqları öyrənilib.


Mənbə: AZƏRTAC

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 25-ci günü: XRONİKA

İqtisadiyyat
Dünən, 17:57

Şimalda fermerlər üçün maarifləndirici tədbirlər keçirilib

İdman
Dünən, 17:46

AFFA İntizam Komitəsindən "Şahdağ Qusar" və "Şimal"la bağlı qərar

Hadisə
Dünən, 17:38

Qubada kişi qonşu qadını wi-fi parola görə döydü

Kriminal
Dünən, 17:28

Azərbaycanda kütləvi kiberdələduzluq cəhdləri: Süni intellektlə insanların səsini təqlid edirlər

Cəmiyyət
Dünən, 17:00

Zərdabidə bu yol asfaltlandı

Cəmiyyət
Dünən, 16:19

Generalın şabalıd alveri ilə bağlı işdə kapitana 10 il 6 ay həbs verildi

Hadisə
Dünən, 15:46

Qaxda məktəbdə bədbəxt hadisə: 9-cu sinif şagirdi yaralandı

Kriminal
Dünən, 15:13

Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs cəzası alıb

Bütün xəbərlər
Dünən, 14:30

Şəki Dövlət Dram Teatrı tamaşa hazırlayır

İdman
Dünən, 14:00

Quba karateçiləri turnirdə 23 medal qazanıblar

Cəmiyyət
Dünən, 13:38

Şəki Xan sarayını 9 ayda 178 minə yaxın şəxs ziyarət edib

Hadisə
Dünən, 13:21

Xudatda sərhədi pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı

Cəmiyyət
Dünən, 12:36

Şabranda sel nəticəsində sıradan çıxmış yol və körpülər bərpa olunub

Cəmiyyət
Dünən, 12:15

Qəbələdə bir neçə küçə qazsız qalıb

Hadisə
Dünən, 11:53

Şamaxıda mədəniyyət idarəsinin rəisi vəfat edib

Cəmiyyət
Dünən, 11:30

İş axtaranların diqqətinə: Qusarda 40-dan çox vakansiya

Cəmiyyət
Dünən, 10:42

Şimal rayonlarında məktəblər qışa hazırdırmı?

Cəmiyyət
Dünən, 10:16

"Shimal.News" yazdı, ərazi təmizləndi

Faydalı
Dünən, 09:22

Şimalın 11 rayonunda könüllülər axtarılır – Müraciət üçün son gün

Cəmiyyət
Dünən, 09:07

Qubada liseyin qarşısından keçən elektrik xətti təhlükə yaradır

Cəmiyyət
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
19 oktyabr 2026, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Oxşar xəbərlər