Xaçmaz şəhərində baş verən qəzada 1 nəfər dünyasını dəyişib. Bu haqda ShimalNews 16 aprel tarixində məlumat verir.
“Ford” markalı yük avtomobili idarəetməni itirərək qaz borusuna çarpılıb. Nəticədə 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Çağırış üzrə cəlb olunan FHN-in Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri vətəndaşın meyitini nəqliyyat vasitəsindən çıxarıb. Cəsəd aidiyyəti üzrə təhvil verilib.