Xaçmazda saat 16:50-də yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 22 iyul tarixində məlumat verir.
Quba-Xaçmaz yolunda 2 avtomobil toqquşub. Quba istiqamətindən gələn “Naz Lifan” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan “Toyota Prado”ya çırpılıb.
Xəsarət alan olmayıb. Əraziyə YPX-nin əməkdaşları cəlb olunub.