Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 22 iyul tarixində məlumat verir.
Qəza iyulun 21-i saat 19:30 radələrində Xaçmaz dairəsindən Quba istiqamətinə gedən yolda baş verib. “VAZ-2106” ilə “Nissan” markalı nəqliyyat vasitələri toqquşub.
Hadisə zamanı xəsarət alan olmayıb. Əraziyə YPX əməkdaşları cəlb olunub.