Xaçmaz rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 29 sentyabr tarixində Report-a istinadən məlumat verir.
Qəza Çarxı kəndində baş verib. “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Onun daxilində olan 24 yaşlı Rəhman Zeynalov, 25 yaşlı Şəhanə Zeynalova, 33 yaşlı Sevinc Əliyeva və 23 yaşlı Gülbala Mərdanov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.