Xaçmazda səki üzərində əncir ağacı maneə yaradıb. Bu barədə ShimalNews 13 iyul tarixində məlumat verir.
H.Əliyev prospektində (könnə polis şöbəsinin yanında) təxminən 3 metr eni olan piyada yolunu əncir ağacının budaqları tutub. Sakinlər bildirib ki, buradan keçən zaman avtomobil yoluna çıxmalı olurlar. Onlar bu halın xüsusilə gecə saatlarında təhlükə yaratdığından narahatdırlar.