Xaçmaz rayonunda yük avtomobilinin iştirakı ilə qəza qeydə alınıb. Bu barədə ShimalNews 21 iyul tarixində məlumat verir.
Hadisə saat 11:00 radələrində Sayad ilə İlxıçı kəndlərini birləşdirən yolda baş verib. “Opel” markalı mikin maşını qoşqulu yük avtomobili ilə toqquşub. Qəza zamanı xəsarət alan olmayıb. Əraziyə DYP əməkdaşları cəlb olunub.
Şahidlərin sözlərinə görə, təqsir “Opel”-in sürücüsündə olub.