Xaçmaz rayonu istiqamətində avtomobillərin hərəkəti bərpa olunub. Bu barədə ShimalNews 11 iyul tarixində Report-a istinadən məlumat verir.
Gəndob-Yalama avtomobil yolunun 12-ci km-də meşə zolağında yanğın baş vermişdir. Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dəyişdirilərək Quba rayonu istiqamətinə yönləndirilmişdi.
Hazırda qeyd edilən ərazidə yanğının qarşısı alınıb və nəqliyyatın hərəkəti tam bərpa edilib.