Xaçmaz şəhərində saat 15:00 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 27 noyabr tarixində məlumat verir.
Hadisə təzə avtovağzalın qarşısında baş verib. “Mercedes” və “VAZ” markalı avtomobillər toqquşub. Xəsarət alan olmayıb.
Əraziyə polis əməkdaşları cəlb olunublar.
Şahidlər bildiriblər ki, “Mercedes” sola dönən avtomobillərə yol vermək üçün dayanıb. Bu zaman “VAZ” markalı avtomobil ona arxadan çarpılıb.