Qusarda avtomobil piyadanı vuraraq öldürüb.
"Report"un məlumatına görə, hadisə Həzrə kəndində baş verib. Ağasi Məmmədbəyov idarə etdiyi "LADA 21 10" markalı avtomobillə piyada Səlim Qubatovu vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.