Qusar rayonunun avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri aparılır. Bu barədə ShimalNews 22 iyul tarixində Avtosfer.az-a istinadən məlumat verir.
Dövlət Yol Polisi Bölməsinin əməkdaşları monitorinqlər keçiriblər. Nəticədə bir neçə avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi etməsi məlum olub. Araşdırmalar zamanı çoxavazlı səs siqnallar və şüşələrdə görməni məhdudlaşdıran plyonkalar aşkar edilib.
DYP-nin əməkdaşları həmin sürücülərlə profilaktik söhbətlər aparıb, onlara Yol Hərəkəti haqqında Qanunun tələbləri haqqında məlumat verilib, barələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunublar.