Qusarın Əvəcuq kəndi ərazisində piyadalar avtomobil yolu ilə hərəkət etməyə məcbur olurlar. Bu barədə ShimalNews 22 iyul tarixində məlumat verir.
“Ötən ildən başlayaraq səkiləri kol-kos basıb. Camaat da məcbur olur avtomobil yolu ilə xeyli məsafə getsin”, - deyə sakinlərdən biri bildirib.
Adıçəkilən ərazidə əmələ gəlmiş yaşıllıq, eləcə də sürücülər üçün qoyulan “Uşaqlar” yol nişanını görünməz edib. Həmçinin yaxınlıqda kənd məktəbi yerləşir.
Daha öncə Əvəcuq kəndində nəqliyyat vasitəsi məktəblini yuxarıda göstərilən əraziyə yaxın yerdə vurmuşdur. Uşaq xəstəxanaya yerləşdirilmişdir.
[caption id="attachment_21157" align="alignnone" width="300"]
Photo Shimal.News[/caption]
[caption id="attachment_21156" align="alignnone" width="300"]
Photo Shimal.News[/caption]