Qubada avtomobil yoluna axan su fəsadlar törədir. Bu barədə ShimalNews 14 iyul tarixində məlumat verir.
Bu hal Qımılqışlaq kəndinin mərkəzi küçəsində (məktəb yaxınlığında) müşahidə olunur. Daşan su yeni çəkilən asfaltı yuyub aparır.
Buna səbəb 2-ci dərəcəli və əsas yolları birləşdirən və arxın üzərindən salınan keçidin çökməsidir.
Sakinlərin sözlərinə görə, məsələ uzun müddətdir ki, həll olunmur. Onlar mümkün olan bütün qurumlara müraciət ediblər. Onlar, həmçinin əlavə ediblər ki, məsələni gəlizləşdirən arxın içi ilə keçən qaz xəttidir. Bu da təmir işlərinin aparılmasına maneə olur.
[caption id="attachment_20693" align="alignnone" width="300"]
Photo Shimal.News[/caption]