Qubada “Megastore” mağazalar şəbəkəsinin filialının yanında yeni yol nişanları quraşdırılır. Bu barədə ShimalNews-a 22 iyul tarixində məlumat daxil olub.
“Duracaq yeri” nişanları Heydər Əliyev prospekti və Tofiq Əhmədov küçəsində qoyulur. “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat idarəsinin əməkdaşları tərəfindən aparılan işlər günün sonuna kimi yekunlaşacaq.
Daha öncə şəhərin mərkəzində quraşdırılan yeni yol hərəkət nişanları haqda məlumat vermişdik.
[caption id="attachment_21132" align="alignnone" width="300"]
Photo Shimal.News[/caption]