Qubada Vətən müharibəsi şəhidi Rəvan Əliyevin vaxtilə yaşadığı küçədə yenidənqurma işləri aparılır. Bu barədə ShimalNews 26 may tarixində RİH-yə isitnadən məlumat verir.
Şəhidimizin doğum günü ərəfəsində yol asfaltlanır. İcra başçısı Ziyəddin Əliyev prosesin gedişi ilə yerində tanış olub. İşlərin yüksək keyfiyyətlə aparılması məqsədilə aidiyyəti şəxslərə lazımi tapşırıq və tövsiyələrini verib.
Mayın 27-si Rəvanın mövlud günüdür. Bununla əlaqədar rayon rəhbəri şəhid ailəsini ziyarət edib. Onları maraqlandıran məsələlərlə yaxından tanış olub.