Quba-Xaçmaz yolunda saat 16:00 radələrində qəza baş verib. Bu barədə ShimalNews 21 iyul tarixində məlumat verir.
Hadisə Zərdabi qəsəbəsi ərazisində qeydə alınıb. Xaçmaz istiqamətindən gələn “Lada Priora” markalı avtomobil idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarında olan ağaca çırpılaraq aşıb.
Hadisə yerinə YPX-nin əməkdaşları cəlb olunublar. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Yarım saat öncə Barlı kəndində qəzanın baş verməsi haqqında məlumat vermişdik.
[caption id="attachment_21081" align="alignnone" width="300"]
Photo Shimal.News[/caption]