Qubada saat 15:10-da yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 25 noyabr tarixində xəbər verir.
Hadisə M.P.Vaqif küçəsində baş verib. “Mercedes” minik və “Ford” yük avtomobilləri bir-birinə çarpılıb. Xəsarət alan yoxdur.
Əraziyə polis əməkdaşları cəlb olunublar.
İlkin məlumata görə, ara məsafəsi saxlanılmadığına görə avtomobillər toqquşub.