Quba rayonunun Heydər Əliyev prospektində yol qəzası baş verib. Bu barədə ShimalNews 4 avqust tarixində xəbər verir.
“Ümüd” marketin qarşısında “Mercedes” ilə “VAZ-21010” markalı nəqliyyat vasitələri toqquşub. Hadisə saat 15:00 radələrində qeydə alınıb. Qəza nəticəsində xəsarət alan olmayıb. Əraziyə DYP və sığorta əməkdaşları cəlb olunublar.
[caption id="attachment_21885" align="alignnone" width="300"]
Photo Shimal.News[/caption]