Qubada saat 9:10 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 29 sentyabr tarixində məlumat verir.
Qəza Məhəmməd Əsədov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində baş verib. 2 avtomobil toqquşub. Əraziyə sığorta əməkdaşları cəlb ediliblər.
Şahidlər bildirirlər ki, “Merceses” M.Əsədov küçəsini düzünə keçmək istəyib. “Kia” isə prospektə dönən zaman toqquşma baş verib.
Xəsarət alan yoxdur.