Qubada qəsəbələrin birində su təminatında 10 gündən çoxdur ki, fasilə yaranıb. Bu barədə ShimalNews 19 iyul tarixində məlumat verir.
Bu hal Zərdabi qəsəbəsində müşahidə olunur. Sakinlər bildirib ki, artezian quyusu çalışmır. Artıq 100-ə yaxın ailə susuz qalıb. Camaat məcbur olur ki, pul ödəyib avtomobillərlə su gətizdirsin.
Aidiyyəti qurumlara məsələ ilə bağlı məlumat verilib, lakin hələ ki, vəziyyət dəyişməz olaraq qalır.