Qubada saat 17:30 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 13 iyul tarixində məlumat verir.
Hadisə H.Əliyev prospektində, “Qafqazoil” yanacaqdoldurma məntəqəsinin yanında qeydə alınıb. Motosiklet ilə “KİA” markalı avtomobil toqquşub. Polis əməkdaşlarına müraciət olunub.
İlkin məlumata görə, xəsarət alan yoxdur.