Şimal bölgəsində fəaliyyət göstərən Quba Dövlət Sosial-İqtisadi Kollecinin məzunlarına elektron diplomların verilməsinə başlanılıb.
Kollecin mətbuat xidmətindən Shimal.News-a bildirilib ki, elektron diplomlar yaxın günlərdə myGov platformasında və edu.gov.az saytında əlçatan olacaq.
Qeyd edək ki, digər ali və orta ixtisas təhsil müəssisələrinin məzunları üçün də elektron diplomların təqdim edilməsi mərhələli şəkildə həyata keçirilir.