Quba-Qusar yolunda qəza baş verib. Bu barədə ShimalNews 22 iyul tarixində məlumat verir.
Hadisə 13:00 radələrində, Digah kəndindən sonra qalxan yolda (Qanlı dərə tərəfdən) qeydə alınıb. Qəza zamanı yük avtomobili aşıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. İlkin məlumata görə, xəsarət alan olmayıb.