Cəbrayıl rayonu ərazisində yol qəzasında İsmayıllı rayon sakinləri vəfat ediblər.
İnsanoid.com-un məlumatına görə, "Hyundai" markalı minik avtomobili və yük avtomobili toqquşub. Nəticədə Topçu kənd sakinləri, minik avtomobilin sürücüsü Asim Şirəliyev və onun sərnişini Rəşad Zərbalıyev ölüb.
Həmin şəxslər yeznə və qayın olduqları deyilir.
Faktla bağlı Cəbrayıl rayon polis şöbəsində araşdırma aparılır.