Xaçmazda ölümlə nəticələnən qəza baş verib. Bu haqda ShimalNews 10 avqust tarixində məlumat verir.
Hadisə Şimali kəndində qeydə alınıb. "VAZ-2107" markalı avtomobil idarəetməni itirib və aşıb. Nəticədə bir nəfər dünyasını dəyişib, 23 yaşlı Tofiq Allahverdiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb məntəqəsinə çatdırılıb.
Araşdırma aparılır.
[video width="480" height="272" mp4="https://shimal.news/storage/photos/2023/08/IMG_1391.mp4"][/video]