Bakı - Quba - Rusiya ödənişli yolunda qəzaya uğrayan şəxs xəstəxanada vəfat edib. Bu haqda ShimalNews 29 noyabr tarixində Oxu.az-a istinadən məlumat verir.
Ötən gün Xaçmaz rayonu ərazisində baş verən qəza zamanı xəsarət alan Xalis Babayev Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. 59 yaşlı kişiyə qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi, qarının küt travması, qabırğaların çoxsaylı sınıqları diaqnozu qoyulub.
Həkimlərin səylərinə baxmayaraq, pasiyent saat 20:39 radələrində dünyasını dəyişib.
Ağır yol-nəqliyyat hadisəsi barədə daha öncə məlumat vermişdik.