İsmayıllının Namazgah-Lahıc yolunda kiçik miqyaslı uçqun qeydə alınıb.
Shimal.News xəbər verir ki, sürüşmə potensiallı sahələrin monitorinqi aparılır.
“Ölkə ərazisində keçirilən monitorinqlərin nəticəsinə görə, hazırda digər ərazilərdə ekzogen-geoloji proseslərin dinamikasında nisbi stabillik müşahidə olunur. Lakin intensiv yağışların təsirinin növbəti günlərdə müşahidə oluna biləcəyi ehtimalını nəzərə almaq lazımdır”, - deyə Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev açıqlama verib.