İsmayıllı rayonunda baş verən qəza nəticəndə bir nəfər dünyasını dəyişib.
"Report"un məlumatına görə, İlqar Axundovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil Anar Həsənovun idarə etdiyi "KİA Ceed" markalı avtomobillə toqquşub.
Hər iki sürücü xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Axundov xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.