İsmayıllı-Qaraməryəm avtomobil yolunda qəza qeydə alınıb.
APA-nın məlumatına görə, İsmayıllının Quşencə kəndi ərazisində baş verib.
“Mercedes” markalı avtomobil yoldan çıxaraq agaca çırpılıb. Nəticədə sürücü 27 yaşlı Məhəmməd Manafov və sərnişini, yaşıdı Qorxmaz Fərmanlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.