İsmayıllıda “SHACMAN” və “İSUZU” markalı yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alanlar olub. Bu barədə ShimalNews 28 fevral tarixində məlumat verir.
Hadisə Qurbanəfəndi kəndi ərazisində baş verib. Sürücülər deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qaldıqlarına görə əraziyə xilasedicilər cəlb olunublar.
FHN-in yanğınsöndürən-xilasediciləri müxtəlif bədən xəsarətləri alan şəxsləri təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
[video width="1280" height="720" mp4="https://shimal.news/storage/photos/2024/02/Vatandaslarin-avtomobilda-sixili-vaziyyatda-qalmasi-barada-malumat1_1.mp4"][/video]