Bakı-Quba istiqamətində yolun daha 5 km-lik ərazisi yenidən qurulub. Bu barədə ShimalNews 26 sentyabr tarixində Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən məlumat verir.
Artıq həmin yol sürücülərin istifadəsinə verilib. Magistralın yenidən qurulan hissəsinin açılış mərasimində AAYDA İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev və agentliyin digər vəzifəli şəxsləri iştirak ediblər.
Təmir-bərpa işləri avtomobil yolunun 52-119.5 km-də 3 hissədə aparılıb. Yenidənqurma işləri avtomobil yolunun 52-53.5, 100.25-102.75 və 107-108.25-ci km-lik hissələrini əhatə edib.
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/09/15.mp4"][/video]