Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən qəza baş verib. Bu barədə ShimalNews 11 iyul tarixində Apa-ya istinadən məlumat verir.
Yolu keçmək istəyən 57 yaşlı Xudabaxış Tacəhmədovu “Hyundai” markalı avtomobil vurub. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.