Xudatda ot bağlaması ilə yüklənən “QAZ” markalı avtomobildə yanğın baş verib. Bu barədə ShimalNews 30 may tarixində FHN-ə istinadən xəbər verir.
Alışma nəticəsində 750 kiloqram otun 450 kiloqramı yanıb. Avtomobilin və yükün qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.